“Lukoil”da sürücüləri belə aldadırlar… DİQQƏTLİ OLUN!

Bu gün, 07:04           
“Lukoil”da sürücüləri belə aldadırlar…
Binə-Sədərək yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində (YDM) müştərilərin cibinə girirlər.

Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən YDM-dən benzin alan müştəri Xalid Əsədov sosial şəbəkədə yazıb. O bildirib ki, bu məntəqədə ödəniş zamanı kartdan çox pul çıxırlar

Şikayətçinin sözlərinə görə, günorta saatlarında YDM-də avtomobilinə “polno bak” (tam doldurma) etməyi xahiş edib. 41 manatlıq yanacaq doldurulub, daha sonra əlavə 2 manatlıq benzin vurulması üçün müraciət edib. Ödənişin ümumi məbləği 43 manat olub və o, ApplePay vasitəsilə ödəniş edib.

Lakin YDM-dən uzaqlaşarkən telefonuna bildiriş gəlib və kartından 48 manat çıxıldığını görüb. Şikayətçi dərhal geri qayıdaraq işçiyə yaxınlaşıb. İşçi səbəb izah etmədən ona 5 manat qaytarıb və bunun “səhv qeyd” olduğunu bildirib:

“Bunlar rayon yolu olduğunu da nəzərə alıb, müştərinin geri qayıtmayacağını düşünüb bu yola əl atırlar”.

Əsədov bildirib ki, məqsədi problemi sosial şəbəkədə paylaşmaqla digər müştərilərin bu tip hallarda diqqətli olmasına çağırış etməkdir.

Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru