Nəsimi rayonunda səkinin zəbt olunmasına hansı məmur icazə verib?

Bu gün, 08:34           
Nəsimi rayonunda səkinin zəbt olunmasına hansı məmur icazə verib?
Nəsimi rayonu 4 mkr. ərazisində səkini belə zəbt ediblər.

XALQ-a daxil olan məlumata görə ərazidə yaşayan sakinlər deyirlər ki, əvvəllər burada ağaclar var idi. Amma indi səki ilə yanaşı, ağaclar da ləğv olunub.

Sakinlər məcburiyyətdən maşın yoluna çıxdıqlarını bildiriblər: “Səki yoxdur, məcburən maşın yoluna çıxırıq. Onda da təhlükə ilə üzləşirik”.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən və Nəsimi rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Qurumların fikirlərini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru