Trampın belə bir yer seçməsi, Putinin qürurunu sarsıdacaq simvolik jest kimi görünür.
Bu gün, 09:24
Trampın Putinlə görüş yerini Alyaska olaraq təyin etməsi çox güclü simvolik məna daşıyır. Alyaska tarixən Rusiya imperiyasının torpağı olub və 1867-ci ildə ABŞ-a satılıb. Bu satış Rusiya üçün strateji və psixoloji itkidir, çünki ərazini itirdikdən sonra Sakit okeandakı mövqeləri zəifləyib. Putin uzun illərdir Rusiya tarixində “itirildiyi” iddia edilən ərazilər barədə həssas yanaşma sərgiləyir. Alyaskada görüş təklifi, əslində, ABŞ-ın bu tarixi xatırlatması və Rusiya imperiyasının zəifliyini vurğulaması deməkdir. Bu, diplomatik dillə “biz sənin keçmiş itkilərini unutmamışıq” mesajı verir. Trampın belə bir yer seçməsi, Putinin qürurunu sarsıdacaq simvolik jest kimi görünür. Bu həm də ABŞ-ın güc mövqeyindən danışdığını göstərən psixoloji üstünlük yaratmaqdır. Putin üçün Alyaska məsələsi Rusiya ictimaiyyətində müzakirə oluna biləcək həssas bir mövzudur. Beləliklə, görüş yerinin Alyaska olaraq təyin edilməsi təkcə coğrafi seçim deyil, həm də siyasi alçaltma mesajı daşıyır. Джавид Дамирли TEREF