AK-dən Rusiyaya şok: Bu gəlirlərdən Kiyevə 1,6 milyard avro ayrıldı

Bu gün, 10:44           
AK-dən Rusiyaya şok: Bu gəlirlərdən Kiyevə 1,6 milyard avro ayrıldı
AK-dən Rusiyaya şok: Bu gəlirlərdən Kiyevə 1,6 milyard avro ayrıldı

Avropa Komissiyası (AK) Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən 1.6 milyard avro məbləğində üçüncü tranşı Ukraynaya ayırıb.

Bu barədə AK bəyanat yayıb.
Sənəddə bu vəsaitin 2025-ci ilin birinci yarısında toplanmış gəlirləri əhatə etdiyi bildirilib. Qeyd olunub ki, aktivlərin özləri bloklanmış vəziyyətdə qalsa da, onlar üzrə əldə edilən faiz gəlirləri Ukraynaya dəstək məqsədilə istifadə olunur.
Bu tranş, 2024-cü ilin iyulunda təqdim edilmiş birinci və 2025-ci ilin aprelində ayrılmış ikinci tranşdan sonra həyata keçirilən növbəti ödənişdir.
Brüsselin açıqlamasına görə, ilk iki tranşın 90%-i Avropa Sülh Fondu (EPF), 10%-i isə Ukrayna Fondu vasitəsilə Kiyevə yönləndirilmişdi. Üçüncü tranşdan etibarən isə vəsaitlərin 95%-i Ukrayna üçün Kredit Əməkdaşlığı Mexanizmi (ULCM), 5%-i isə EPF vasitəsilə xərclənəcək.
ULCM çərçivəsində Ukraynaya Aİ-dən makromaliyyə yardımı krediti təqdim edilir, həmçinin ikitərəfli kreditorlardan alınan kreditlərin ödənilməsinə qaytarılmayan dəstək verilir. Bu mexanizm üzrə kredit dəstəyinin ümumi həcmi 45 milyard avro təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru