Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı müğənni və Dövlət Dumasının deputatı Denis Maydanovu axtarışa verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Maydanov 2022-ci ilin aprelindən Ukraynada axtarışa verilib. O, ölkənin ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.
Rusiya müğənninin adı Ukraynanın ekstremist "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.