Bacısının ölümünə dözməyən kişidən dəhşətli addım 27-03-2023, 12:18 Bakıda evdən iki meyit tapılıb.Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünün asaraq intihar edib.Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib.Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş