Hindistanda dəhşət: Siyasətçi və qardaşı canlı yayımda öldürüldü - VİDEO

17-04-2023, 00:06           
Hindistanda dəhşət:
Hindistanda canlı yayım zamanı qətl törədilib.
Redaktor.az xəbər verir ki, adam oğurluğuna görə ömürlük həbs cəzasına məhkum edilən keçmiş siyasətçi Atiq Əhməd və qardaşı Əşrəf Əhməd Uttar Pradeş əyalətinin Allahabad şəhərində polisin mühafizəsi altında, əlləri qandallı şəkildə xəstəxanaya aparılarkən canlı yayımda başlarından güllələnərək öldürülüb.

Görüntülərdə hücum edənlərin yaxın məsafədən Atiq Əhməd və qardaşının başından atəş açdıqları, daha sonra isə gülləbaran etdikləri görülür.

Canlı yayımdakı hücumdan saniyələr əvvəl Atiq Əhmədin ötən günlərdə polis tərəfindən güllələnərək öldürülən oğlunun dəfnində iştirak edib-etməməsi soruşulub. Atiq Əhmədin son sözləri "Bizi buraxmadılar, biz də getmədik" olub (qaynarinfo).













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru