İrəvanda kütləvi dava: Nəqliyyatın hərəkəti iflic oldu

16-04-2023, 17:47           
İrəvanda kütləvi dava:
Bu gün, aprelin 16-da İrəvanda kütləvi dava olub.

Teref.az xəbər verir ki, saat 10:50-11:10 radələrində Davitaşen-Aştarak avtomobil yolunun arasındakı hissədə 20-dən çox gənc avtoxuliqanlıq məqsədilə yolu kəsərək, bir-birini nalayiq sözlərlə təhqir və “linç” ediblər.

Hadisə yerindən çəkilişlər edən fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, toqquşmaya iki avtomobilin toqquşması səbəb olub. Hadisə zamanı heç kimə zərər dəyməyib. Lakin nəqliyyatın hərəkəti iflic olub.

Dərhal hadisə yerinə gələn Ermənistan Daxili İşlər Nazirliyinin polis patrul xidmətinin əməkdaşları davanın bir neçə iştirakçısını saxlaya bilsə də, onlardan bəziləri patrulçuların maşınlarını görərək qaçıblar.

Ermənistan İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsinin Ajapnyak və Davitaşen inzibati rayonlarının istintaq şöbəsində baş verənlərlə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Polis və patrul xidməti istintaq şöbəsi ilə birlikdə davanın digər iştirakçılarının da müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər görür./Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru