ABŞ-də ad günü matəmə çevrildi: Azı altı nəfər öldü

17-04-2023, 13:18           
ABŞ-də ad günü matəmə çevrildi:
ABŞ-nin Dedevil şəhərində (Alabama ştatı) ad günü şənliyində kütləvi atışma yaşanıb.

Nəticədə azı 6 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Hadisə şahidlərinin sözlərinə görə, yaralananların əksəriyyəti yeniyetmələrdir.

Müstəntiqlər bildirirlər ki, atışmaya tərəflərin mübahisəsi səbəb olub.

Yaralılar tibbi yardım üçün yerli xəstəxanalara aparılıb.
Atışmada şübhəli bilinən şəxslər və ya onların motivləri barədə hələlik rəsmi məlumat verməyib.

Şahidlər çoxsaylı güllə səslərinin eşidildiyini və insanların qışqıraraq binadan qaçdığını bildiriblər.

Hadisə yerində olan şahidlərdən biri qeyd edib ki, qurbanların ümumi sayı altı nəfərdən çox olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru