Nyu-Yorkda Çinin gizli polis idarəsi aşkar olunub

18-04-2023, 09:26           
Nyu-Yorkda Çinin gizli polis idarəsi aşkar olunub
ABŞ səlahiyyətliləri Nyu-Yorkda gizli Çin polis idarəsi tapıblar.

Bunu ABŞ Ədliyyə Nazirliyinin sözçüsü bildirib.

Onun sözlərinə görə, idarə 2022-ci ilin fevral ayından fəaliyyət göstərir. Onun iki əməkdaşı həbs edilib. Onlar qanunsuz olaraq Çin sənədlərini təqdim etməkdə, müxtəlif “dövlət xidmətləri” göstərməkdə, həmçinin dissidentləri təqib etməkdə şübhəli bilinirlər.

“Şübhəlilər Çin hökumətinin milli polisi adından Manhettenin Çin məhəlləsində polis bölməsi yaratmaq üçün birlikdə çalışıblar”, - sözçü jurnalistlərə deyib.

O əlavə edib ki, ABŞ-nin başqa ölkələrin gizli polis məntəqələrinə ehtiyacı yoxdur. Nazirliyin sözçüsü Nyu-Yorkda yaşayan çinliləri, lazım gələrsə, rəsmi hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çağırıb.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru