Finlandiya hakimiyyəti Helsinkidə Rusiyaya məxsus olan Rusiya Elm və Mədəniyyət Mərkəzinin torpaq sahəsinə və binasına həbs qoyulmasını ləğv edib. Bakupost.az xəbər verir ki, bu barədə Finlandiyanın telekanalları məlumat yayıb. Bu tədbirin Rusiya tərəfinin Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərməsindən sonra ləğv edildiyi vurğulanır. Qeyd edilir ki, Rusiya əmlakına həbs qoyulması üçün heç bir əsas yoxdur.