KİV: İspaniya La Liqasının prezidenti Xavyer Tebas vəzifədən kənarlaşdırıla bilər

Bu gün, 11:18           
KİV: İspaniya La Liqasının prezidenti Xavyer Tebas vəzifədən kənarlaşdırıla bilər
İspaniya İdmanda Demokratiya və Şəffaflıq Assosiasiyasının rəhbəri Migel Anxel Qalan La Liqanın prezidenti Xavyer Tebasa qarşı ittihamları əks etdirən 50 səhifəlik sənədi ölkənin Ali İdman Şurasına təqdim edib.

Oxu.Az AS qəzetinə istinadən xəbər verir ki, o, Tebası "Barselona" futbol klubu haqqında məxfi məlumatları yaymaqda və digər pozuntularda ittiham edib.

Qeyd olunub ki, əgər Tebasa qarşı irəli sürülən ittihamlar təsdiq olunarsa, o, vəzifəsindən kənarlaşdırıla bilər. Nəşrin məlumatına görə, La Liqanın prezidenti beş "ciddi pozuntu"da ittiham olunur.

Daha əvvəl La Liqanın dərc etdiyi hesabatda qeyd olunmuşdu ki, "Barselona" maliyyə "fair play"i, yəni futbol klublarının xərclərinin gəlirlərini aşmamasını nəzərdə tutan qaydaları pozub. Katalon klubunun etirazlarından sonra La Liqa həmin hesabatı öz veb-saytından silmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru