Rusiya 10-a yaxın “Şahed-136” PUA ilə Ukrayna ərazisinə hücum edib

21-04-2023, 09:06           
Rusiya 10-a yaxın “Şahed-136” PUA ilə Ukrayna ərazisinə hücum edib
Ukrayna müdafiəçiləri on pilotsuz təyyarədən səkkizini məhv ediblər.

Rusiya Ukrayna ərazisinə pilotsuz uçuş aparaları ilə genişmiqyaslı hücum edib.

APA xəbər verir ki, bu barədə UNİNA məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, 10-a yaxın “Şahed-136” tipli PUA-dan istifadə edildiyi bildirilir.

Onlardan 8-i ukraynalı müdafiəçilər tərəfindən məhv edilib.

Ümumilikdə son sutka ərzində də 23 hava zərbəsi endirilib.

Baş Qərargahın məlumatına görə, Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır.

Bu, 25 gündən sonra Kiyevə edilən ilk hücumdur.

Hücum nəticəsində tələfat və dağıntı olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru