Əl Qaidə düşərgəsindən qayıdan casus uşağını öldürdü

23-04-2023, 12:41           
Əl Qaidə düşərgəsindən qayıdan casus uşağını öldürdü
Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin casusu Əfqanıstanda terrorçuların düşərgəsindəki tapşırıqdan qayıtdıqdan sonra uşağını öldürüb.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” kəşfiyyat məlumatlarına istinadla xəbər verirb.

Məlumata görə, Mİ6 casusu Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Vəziristan əyalətinə tapşırığa göndərib. Onun tapşırığı Əl Qaidə terorçularının yerləşdiyi kəndə sızmaq olub.

Bildirilib ki, düşərgədə olduğu müddətdə o, talibançıların cəsədlərini yuyub basdırmağa məcbur edilib, ABŞ-ın xeyrinə casusluqda ittiham olunan bütöv bir ailənin başının kəsilməsinin şahidi olub, həmçinin əlində kəsilmiş uşaq başı saxlayıb.

Böyük Britaniyaya qayıtdıqdan sonra casus həddindən artıq stress vəziyyətində olub. O, çətinliklə danışır, heç bir səbəb olmadan qəzəblənir və xatirələrdən əziyyət çəkirdi.

Hazırda casus psixiatriya mərkəzində saxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru