Omsk vilayətinin sakini təyyarəni qanunsuz olaraq ölkədən çıxarmağa cəhd edib.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, içərisində 300 kiloqramlıq yüngül mühərrikli təyyarənin olduğu qoşqulu furqon Olxovka keçid məntəqəsi yaxınlığında gömrükçülər tərəfindən saxlanılıb.
Təyyarənin sahibi onu Qazaxıstanın Pavlodar şəhərinin sakininə 3,4 milyon rubla satmaq niyyətində olub və təkbaşına onu qonşu ölkəyə aparmaq qərarına gəlib.
Eyni zamanda, o, təyyarənin xaricə ixracı üçün lazımi sənədləri doldurmayıb.