Qara dənizdə nəhəng neft ləkəsi tapıldı

25-04-2023, 09:24           
Qara dənizdə nəhəng neft ləkəsi tapıldı
Qara dənizdə 40 min kvadratmetrlik neft ləkəsi aşkar edilib.

Bu barədə Rusiyanın Təbii Sərvətlərə Nəzarət Federal Xidməti (Rosprirodnadzor) məlumat yayıb.

Bildirilib ki, xidmətə Qara dənizin neftlə çirklənməsi barədə məlumat daxil olub. Qurumun əməkdaşları göstərilən yerə gedib və Novorossiysk dəniz limanının yanalma körpülərinin yaxınlığındakı ərazini yoxlayıblar.

“Suyun səthində 40 min kvadratmetr sahəsi olan xarakterik ləkə aşkar edilib. Mütəxəssislər analiz üçün nümunələr götürüblər”, - Rosprirodnadzorun mətbuat xidmətinin məlumatında vurğulanıb.


Həmçinin, qurum prokurorluqla birlikdə bu sahəni idarə edən şirkətdə də plandankənar yoxlama aparıb. Onun nəticələrinə görə dəymiş ziyan hesablanacaq.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru