Şərqi Azərbaycanda uçqun: 19 nəfər xəsarət aldı

16-05-2023, 12:30           
Şərqi Azərbaycanda uçqun: 19 nəfər xəsarət aldı
Şərqi Azərbaycan əyalətinin Sarab mahalının Qaraqaya kəndində yağan güclü qar uçqun ilə nəticələnib.

Axar.az xəbər verir ki, bu barədə əyalətin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat verib.

Qar uçqunu nəticəsində 19 nəfərin xəsarət aldığını deyən H.Münəccim axtarış-xilasetmə dəstələrinin vaxtında müdaxiləsi nəticəsində onların həyatının xilas edildiyini bildirib.

Qeyd edək ki, mayın 14-dən başlayaraq Güney Azərbaycanın bir sıra bölgələrində güclü qar yağıb, bəzi yerlərdə yollar bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru