Saxalində meymun körpə uşağa hücum etdi - FOTO

25-05-2023, 10:28           
Saxalində meymun körpə uşağa hücum etdi - FOTO
Rusiyanın Saxalin vilayətində meymun körpə uşağa hücum edib.

Hadisə nənəsi bir yaşlı qızcığazı gəzdirdiyi zaman baş verib.

Yaşlı qadının sözlərinə görə, o, nəvəsini uşaq arabasında gəzdirirmiş. Qucağında meymun olan bir kişi onların yanından keçib. Bu zaman meymun sahibinin əlindən çıxıb və uşaq arabasının üzərinə atılıb, körpənin üzündən yapışıb.

“Kişi meymunu dartıb qopardı və “o, xəstə deyil”, - deyə qışqıraraq qaçdı. Ardınca qaçdım, fikirləşdim ki, yetişərəm, amma o, həyətlərdə gözdən itdi. Ona necə çatım, boyum 150 sm, onun boyu isə 180 sm olana bənzəyirdi. Qızıma zəng etdim, dərhal gəldi”, - deyə uşağın nənəsi bildirib.

Ailə yaxınlıqdakı xəstəxanaya müraciət edib, uşağın yaraları təmizlənib, tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Daxili İşlər Nazirliyinin regional idarəsi heyvanın uşağa hücumu faktını təsdiqləyib, meymunun sahibi axtarılır.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru