Rusiyanın “Aeroflot” şirkətinin yeni təyyarəsi mərhum siyasətçinin adını daşıyacaq - FOTO
17-06-2023, 13:44
Rusiyanın “Aeroflot” aviaşirkəti əldə edəcəyi iki yeni təyyarədən birinə mərhum siyasətçi Vladimir Jirinovskinin adını vermək qərarına gəlib.
Bu barədə aviaşirkətin baş direktoru Sergey Aleksandrovski məlumat verib.
Aleksandrovskinin sözlərinə görə, təyyarələrdən biri Jirinovskinin, ikincisi isə şair və Rusiyanın ilk ədliyyə naziri Qavriil Derjavinin adını daşıyacaq.
Yeni “Boeing 737” təyyarələrinin dövlət nəqliyyat lizinq şirkəti vasitəsilə ikincil əl bazardan alınacağı bildirilib. Mənbə: MK.ru