Tanınmış şəxsin bakomatdan pulunu oğurladılar – VİDEO

18-06-2023, 09:24           
Tanınmış şəxsin bakomatdan pulunu oğurladılar – VİDEO
Bankomatdan pulunu çıxarıb mənimsədilər. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü, tanınmış kino xadimi Əsəd Əsədova qarşı dələduzluq edilib.

Globalinfo.az xəbər verir ki, hadisə iyunun 10-u saat 14:00 radələrində Nəsimi rayonu ərazisində baş verib.

Bununla bağlı Xəzər Xəbər-ə 7 ildir xərçəng xəstəliyindən əziyyət çəkən Əsəd Əsədovun həyat yoldaşı İradə Əsədova məlumat verib.

İ. Əsədovanın sözlərinə görə, bankomatın qarşısındakı şəxs karta baxıb və deyib ki, bankomatda pul yoxdur. Amma balansınızda vəsait var.

İ. Əsədova hadisədəın sonra evə gəlib və dərhal 102 xidmətinə məlumat verib. Bundan sonra ailə Beynəlxalq Banka da müraciət edib. Bank ailənin şikayətinə “bizlik deyil” deyə cavab verib.

Hazırda dələduzluq edən şəxsin kimliyi polis tərəfindən araşdırlır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru