Bolqarıstanda bəbir qəfəsdən qaçdı, zoopark ziyarətçiləri təxliyə edildi

19-06-2023, 12:34           
Bolqarıstanda bəbir qəfəsdən qaçdı, zoopark ziyarətçiləri təxliyə edildi
Bolqarıstanın Stara Zaqora şəhərindəki zooparkın rəhbərliyi bəbir qəfəsdən çıxdıqdan sonra ziyarətçiləri təxliyə etmək məcburiyyətində qalıb.

Məlumata görə, hadisə bazar günü baş verib.

“Ziyarətçilər üçün heç bir təhlükə olmayıb. Heyvan qəfəsin yaxınlığında və nəzarət altında olub. Baytarın köməyi ilə bəbirə yuxu dərmanı vurulub və qəfəsə qaytarılıb”, - zooparkın direktoru İvelina İleva jurnalistlərə bildirib.

Hadisənin səbəbi hazırda məlum deyil.
Qeyd edək ki, Stara Zaqora zooparkı 1957-ci ildə yaradılıb. Orada demək olar ki, bütün qitələrdən gətirilən 400-ə yaxın heyvan, quş və digər canlılar (ümumilikdə təxminən 80 növ) var.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru