Britaniyada smartfonlar “dəli oldu”: Polisə gələn zənglərin ardı-arası kəsilmir - FOTO

24-06-2023, 13:08           
Britaniyada smartfonlar “dəli oldu”:
Böyük Britaniya Milli Polisinin Rəislər Şurası “Android 12”də smartfonun güc düyməsini sıxmaqla yaranan təcili zəng funksiyasından şikayətlənib.

Belə ki, yenilik sayəsində hüquq-mühafizə orqanlarının telefon xətlərinə gələn yalançı zənglərin ardı-arası kəsilmir.

“Ölkə səviyyəsində bütün fövqəladə hallar xidmətlərinə hazırda rekord dərəcədə çox zənglər gəlir. Bunun bir neçə səbəbi var, lakin onlardan biri, fikrimizcə, əhəmiyyətli təsirə malikdir ki, bu da “Android” smartfonları üçün olan yeniləmədir”, - deyə polisdən bildirilib.

Qeyd olunur ki, telefonun yandırılma düyməsinin bir neçə dəfə sıxılması ilə təcili fövqəladə zənglər etmək imkanı “Android 12” buraxıldıqdan sonra smartfonlarda peyda olub. Bu funksiya “Samsung”, “Google” və “Xiaomi” smartfonlarında aktivdir.


“Google” sözçüsü jurnalistlərə müsahibəsində bildirib ki, şirkət smartfon istehsalçılarına cihazlarında fövqəladə xidmətlərə təsadüfi zənglərin qarşısını almaq üçün təlimatlar verəcək. Şirkət onu da qeyd edib ki, bu problemdən əziyyət çəkənlər təcili zəngləri söndürməlidirlər.

Mənbə: “Android Authority”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru