Honkonqdan Los-Ancelesə uçan təyyarədə partlayış baş verdi: Yaralılar var

24-06-2023, 13:54           
Honkonqdan Los-Ancelesə uçan təyyarədə partlayış baş verdi:
Honkonqun “Cathay Pacific” aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayış baş verib.

Təyyarənin şassisi partlayıb və bu səbəbdən təcili eniş edib.

Hadisə nəticəsində 5-i kişi, 13-ü qadın olmaqla 18 nəfər xəsarət alıb.

Bu barədə yerli telekanallar məlumat verib.

Məlumata görə, Honkonqdan Los-Ancelesə uçan təyyarə havaya qalxdıqdan sonra şassilərdən biri həddindən artıq qızıb və partlayıb. Ekipaj üzvləri Honkonqa qayıtmaq qərarına gəliblər.

Təcili eniş enişdən sonra xilasedici trap işə salınıb. Sərnişinlər təyyarədən təxliyə zamanı xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Qalan sərnişinlər isə otelə çatdırılıblar.

Uçuş “Boeing 777-300” təyyarəsi ilə həyata keçirilib və göyərtəsində təxminən 300 nəfər olub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru