Teplovozla yük maşınının toqquşduğu qəzadan YENİ GÖRÜNTÜLƏR - VİDEO

24-06-2023, 13:24           
Teplovozla yük maşınının toqquşduğu qəzadan YENİ GÖRÜNTÜLƏR - VİDEO
Ötən gün Neftçalada teplovoz ilə yük maşını toqquşub.

TEREF.AZ yazır ki, qəza yerindən yeni görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Xatırladaq ki, hadisə rayonun Qazaxbərəsi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, tənzimlənməyən dəmir yolunda teplovoz yük maşını ilə toqquşub. Qəza nəticəsində İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Fəxrəddinov Vüsal Rüstəm oğlu hadisə yerində ölüb. Salyan rayon sakini, 1969-cu il təvəllüdlü İbadov İbad İnqilab oğlu isə xəsarət alıb.

Xəsarət alan Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru