Salyanda avtomobil su kanalına aşdı: Ölənlər var - FOTO

4-07-2023, 07:35           
Salyanda avtomobil su kanalına aşdı: Ölənlər var - FOTO
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Marışlı kəndindən keçən hissəsində 99-NA-636 dövlət nömrə nişanlı VAZ-2105 markalı maşının su kanalına aşması nəticəsində hadisə yerində 3 nəfər - Lənkəran rayon sakinləri 1966-cı il təvəllüdlü Məhərrəm Balaxanı oğlu Fərziyev, onun arvadı Xanım Həmid qızı Fərziyeva və qardaşı İlqar Balaxanı oğlu Fərziyev dünyasını dəyişib.

Maşın Yardımlı sakini Əhədov Rəhman Şükür oğluna məxsus olub.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru