Türkiyədə dələduzların evindən elə şeylər çıxdı ki, polislər heyrətə gəldi

Bu gün, 16:14           
Türkiyədə dələduzların evindən elə şeylər çıxdı ki, polislər heyrətə gəldi
İstanbulda sosial şəbəkədə özlərini polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən ata və oğluhəbs edilib.

News24.az yerli KİV-ə istinadən xəbər verir ki, saxta polis əməkdaşlarının evlərində aparılan axtarış zamanı tapançalar, silahlar və saxta vəsiqələr aşkar edilib.

Evdən 4 ədəd sənədsiz tapança, 579 patron, 191 boş patron, 5 silah maqazini, 2 saxta polis vəsiqəsi, 4 ədəd prezident nişanı, iki polis nişanı, bir xüsusi əməliyyat gödəkçəsi, iki cangüdən nişanı, dörd simsiz rabitə cihazı və səkkiz mobil telefon aşkarlanıb.

Qeyd edilib ki, evdən çıxanlar və onların necə əldə olunduğu polis əməkdaşlarının özlərini də təəccübləndirib. Polis rəsmiləri bildiriblər ki, məhz onlara məxsus olan əməliyyat vasitələrinin qanunsuz yayılması ilə bağlı əlavə araşdırma da başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru