Məşhur reper həbs OLUNDU

Bu gün, 16:34           
Məşhur reper həbs  OLUNDU
Məşhur “Beautiful Girls” mahnısının ifaçısı, amerikalı reper Şon Kinqston 1 milyon dollarlıq dələduzluq işi üzrə təqsirli bilinərək 3 il 6 ay müddətinə həbs edilib.

O, anası ilə birlikdə elektron vasitələrlə həyata keçirilən dələduzluq əməliyyatında ittiham olunub.

İstintaq müəyyən edib ki, onlar bahalı əşyaları - o cümlədən lüks saatlar, 232 düymlük LED televizor, gülləkeçirməz "Cadillac Escalade" avtomobili və mebelləri qanunsuz yolla əldə ediblər. Ümumi ziyanın 1 milyon ABŞ dollarından çox olduğu bildirilir.

Reperə hökm elan edilməzdən əvvəl məhkəmədən üzr istəyib və etdiyi hərəkətlərdən dərs aldığını bildirib.

Qeyd edək ki, onun anası Cenis Törner bu ilin iyul ayında 5 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru