ABŞ-də bir çox şəhərlərdən dəfələrlə böyük ranço satışa çıxarıldı

Bu gün, 16:08           
ABŞ-də bir çox şəhərlərdən dəfələrlə böyük ranço satışa çıxarıldı
Ölçüsü bir çox dünya şəhərlərindən dəfələrlə böyük olan nəhəng ranço 79,5 milyon dollara satışa çıxarılıb.

Bu barədə "NY Times" yazır.

"Pathfinder Ranch" adlı mülk ABŞ-nin Vayominq ştatında Ferris və Pedro dağları arasındakı açıq çöldə 3706 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu, məsələn Ukraynanın paytaxtı Kiyevdən 4 dəfə böyük bir ərazidir. Burada böyük mal-qara ferması, ev və hətta kilsə də var. Rançonun ərazisindən çay da axır.

1870-ci illərə aid olan rançoda hazırda 3400-ə yaxın inək, 180 öküz və 130 minik atı olan 12 ferma var.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru