Elnur Allahverdiyevin "Kontakt Home"u müştəriyə faiz yükləyib - Məhkəmə ilə hədələyir
Bu gün, 16:28

Kontakt Home mağazasından alış-veriş edən vətəndaş ödəniş gecikdiyi üçün yüksək faizlə üzləşdiyini bildirir.
32gun.az xəbər verir ki, Şikayətçi Əziz Abdullayev sosial şəbəkədə yazıb ki, mağazaya borcunun əsas məbləğini ödəmək istədiyini, amma əlavə faizləri qəbul etmədiyi üçün razılaşma əldə olunmadığını qeyd edib.
Onun sözlərinə görə, Kontakt Home əməkdaşları faizlərin silinməsinə razılaşmayıb və əksinə, məsələni məhkəməyə çıxarmaqla hədələyiblər:
"Mən dedim ki, yüklədiyiniz faizi silin, ödənişi edim. Razi olmadılar. Dedim, onda verin məhkəməyə. Onlar isə məni məhkəmə ilə qorxutmağa çalışırlar." – deyə şikayətçi qeyd edib.
Vətəndaşların iddiasına görə, mağaza ödəniş gecikmələrinə görə tətbiq edilən faizlər səbəbilə alıcıları çətin vəziyyətə salır.
Qeyd edək ki, oxşar şikayətlər daha əvvəl də sosial şəbəkələrdə gündəmə gəlib.
Xatırladaq ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.