Bakıda binada yanğın baş verməsi nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
19-05-2015, 14:32
Azərbaycan paytaxtında binada baş verən yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.
Ölənlərdən biri özünü binadan atıb.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanların sayı 20-dən çoxdur, onların 17 nəfəri Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər Yanıq Mərkəzinə, 2 nəfər 6 saylı Şəhər Xəstəxanasına, 3 nəfər Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. 6-7 nəfərə yerində yardım edilib.