İsveçdə məsciddə güclü yanğın olub

26-09-2023, 10:44           
İsveçdə məsciddə güclü yanğın olub
İsveçin Eskilstun şəhərindəki ən böyük məsciddə güclü yanğın baş verib. Hadisə yerində polis və fövqəladə xidmətlər işləyir. Əraziyə giriş-çıxışa məhdudiyyət qoyulub, güclü duman müşahidə olunur.

Teref.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın haqqında məlumat bazar ertəsi günü yerli vaxtla saat 12:30-da daxil olub.

“Hadisə yerinə dörd müxtəlif stansiyadan təxminən 15 yanğınsöndürmə briqadası gəlib. Əsas binanın damı yanıb. Onu xilas etmək mümkün olmayıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur”, - deyə xilasetmə xidmətinin növbətçi zabiti Anders Sessler bildirib.

Yaxınlıqda yerləşən evlərin sakinləri məsciddə partlayış səsləri eşitdiklərini deyiblər. Fövqəladə xidmətin məlumatına görə, binada heç nə partlamayıb.

“Yanğın vaxtı partlayışlar müxtəlif səbəblərdən baş verə bilər, lakin, misal üçün yanan binada qaz balonlarının partladıqları barədə heç bir məlumatımız yoxdur”, - deyə A.Sessler qeyd edib.

Hazırda hadisədə cinayət tərkibi görünmür. “Yanğının səbəblərini daha sonra araşdırılmalı olacağıq”, - deyə polis nümayəndəsi Anjelika Forsberq vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru