Xocavənddə 4 körpünün altından partlayıcı qurğular tapıldı - Foto

2-10-2023, 16:58           
Xocavənddə 4 körpünün altından partlayıcı qurğular tapıldı - Foto
Xocavənd rayonu ərazisində 4 ədəd körpünün alt və yan hissələrində yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumata görə, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.

Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

Aşkar edilən partlayıcı qurğular ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru