İki milyon rüşvət tələb edən ukraynalı mer yaxalandı 3-10-2023, 08:42 Ukraynanın Sum şəhərinin meri Aleksandr Lısenko və şəhər infrastrukturu departamentinin direktoru rüşvət alan zaman yaxalanıblar.Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti və Milli Antikorrupisya Bürosunun birgə məlumatında deyilir.Bildirilib ki, sözügedən məmurlar sahibkarlardan şəhərdə maneəsiz fəaliyyət göstərmələri müqabilində 2 milyon qrivna məbləğində rüşvət tələb ediblər.Rəsmi məlumata görə, təqsirləndirilən şəxslər sözügedən məbləğin 1,4 milyonunu alarkən cinayət başında yaxalanıblar. Facebook-da paylaş