Kürəkəninin toy xəbərini eşidən Şəmsəddin Hacıyev xəstəxanaya yerləşdirildi - "Həkim nəzarətində..."

28-02-2024, 15:52           
Kürəkəninin toy xəbərini eşidən Şəmsəddin Hacıyev xəstəxanaya yerləşdirildi - "Həkim nəzarətində..."
Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur. Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb. Seymur Orucovun eks həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev nəvələrinin atasının ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib. Bu xəbərdən sonra onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib. Sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.