Husilər Yəməndə BMT əməkdaşlarını saxladılar

8-06-2024, 16:58           
Husilər Yəməndə BMT əməkdaşlarını saxladılar
Yəmənin şimalında hakim şiə "Ənsar Allah" (Husi) hərəkatının təhlükəsizlik qüvvələri beynəlxalq təşkilatların ən azı 15 əməkdaşını saxlayıblar.

Onların arasında BMT-nin doqquz, Milli Demokratiya İnstitutunun üç və yerli insan haqları qrupunun üç əməkdaşı var.

Yəmənin paytaxtı Səna və ölkənin şimalının böyük bir hissəsinə nəzarət edən husi qruplaşmasının kəşfiyyatçıları beynəlxalq təşkilatların əməkdaşlarının evlərinə və ofislərinə basqın edib, onların telefon və kompüterlərini ələ keçiriblər.

Məlumata görə, saxlanılan BMT əməkdaşları İnsan Hüquqları üzrə İdarədə və Humanitar Məsələlər İdarəsində çalışırlar.

Mənbə: news.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru