"Hizbullah" İsrail kazarmalarına zərbə endirib

8-06-2024, 15:16           
"Hizbullah" İsrail kazarmalarına zərbə endirib
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı İsrail obyektlərini bombalayıb.
AzVision.az xəbər verir ki, bu barədə terror qruplaşması məlumat yayıb.

Bildirilir ki, Zərit şəhərində İsrail Ordusuna məxsus kazarma, "Şiba fermaları" adlı ərazidə yeni yaradılmış artilleriya poliqonu, habelə Raheb kəndində məskunlaşmış bir qrup israil hərbçisi atəşə tutulub.

Dağıntı və itki ilə bağlı təfərrüat açıqlanmayıb.

Xatırladaq ki, bir neçə gün qabaq İsrailin Baş naziri Benyamin Netanyahu "Hizbullah"ın timsalında Livana qarşı böyük əməliyyat başlandığını demişdi.-












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru