Qətlə yetirilən FHN əməkdaşının – Fotosu

11-06-2024, 00:02           
Qətlə yetirilən FHN əməkdaşının – Fotosu
Gəncə şəhərində FHN-nin əməkdaşları arasında baş verən silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, 1994-cü il təvəllüdlü Zahid Sarıyev aralarında yaranmış mübahisə zamanı iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq öldürməkdə şübhəli bilinir.

Hər iki şəxs dost və iş yoldaşı olublar.

Dünyasını dəyişən M.Əsədov Samux rayonunun Qarayeri qəsəbə sakinidir və ailəli olub.

Hadisəni törətməkdə şübhəli bilinən Z.Sarıyev isə Gəncə şəhər sakinidir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qətlə yetirilən Mehrac Əsədovun fotosunu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru