Polşada strateji silah zavodunda güclü partlayış baş verib, maraqlı detalar üzə çıxıb

11-06-2024, 10:04           
Polşada strateji silah zavodunda güclü partlayış baş verib, maraqlı detalar üzə çıxıb
"Zavodda istehsal edilən "Priorun" daşınan zenit-raket kompleksləri Ukraynaya tədarük edilir və Rusiyaya qarşı müharibədə fəal surətdə istifadə edilir..."

"Bu partlayışların arxasında Rusiyanın hərbi kəşfiyyatı dayana bilər..."

Polşanın Skarjisko-Kamenna şəhərində Sventokşisk voyevodasındakı "Mesko" silah zavodunda partlayış baş verib. Müəssisənin 59 yaşlı əməkdaşı həlak olub, daha bir nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Wyborcza" qəzeti məlumat verib. Məlumatı "euronews.com" nəşri yayıb.

Partlayış bir neçə il öncə istismara verilmiş raket yanacağı anbarında baş verib, bunu zavodun direktoru Eljbeta Srenyavska deyib. Partlayışın səbəbini o, açıqlamayıb. Hazırda hadisə yerində prokurorun nəzarəti altında polis əməkdaşları işləyir.

Jurnalistlər qeyd edir ki, zavodda oxşar insidentlər 2021-ci ildə baş verib. Aprel ayında zavodun 48 yaşlı, sentyabr ayında isə 41 yaşlı əməkdaşı həlak olub. Hər iki halda partlayışa səbəb təhlükəsizlik texnikası qaydalarına riayət edilməməsi olub.

"Mesko" zavodu ölkənin müdafiə sənayesi üçün strateji əhəmiyyətli müəssisədir. Orada "Piorun" daşınan zenit-raket kompleksləri istehsal edilir.

Onlar o cümlədən Ukraynaya tədarük edilir və fəal surətdə Rusiyaya qarşı müharibədə istifadə edilir.

Qeyd edilir ki, bu silah özünü yüksək dərəcədə müsbət tərəfdən göstərib və Polşa şirkəti bu kompleksləri başqa ölkələrə, o cümlədən Norveç və Estoniyaya tədarük etməyə başlayıb. Həmçinin yeni nəsil "Piroun" raketlərinin istehsalına başlanılıb.

2023-cü ildə müəssisə məlumat verib ki, Ukraynanın ARTEM şirkəti ilə birgə 125 mm-lik tank döyüş sursatlarının istehsalına başlayır.

Həmin məlumatda Polşa zavodu Ukraynaya kiçik kalibrli döyüş sursatları və reaktiv yüklərin, habelə zenit-raket komplekslərinin tədarükü barədə hesabat verib.

Son həftələr Polşanın infrastruktur obyektlərində bir neçə böyük yanğınlar baş verib. Hakimiyyət hesab edir ki, bu diversiyaların arxasında Rusiyanın hərbi kəşfiyyatının dayana bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.