Məzahir Pənahov qəza keçirdi, alnı zədələndi, lakin... - FOTOFAKT
31-08-2016, 17:38
MSK sədri, professor Məzahir Pənahov bu gün səhər saatlarında ciddi bir qəza keçirdib. Belə ki, hadisə şahidlərinin deməsinə görə, tədbir üçün Bakı Bulvar hotelə gələn MSK sədri dalğınlığı üzündən özünü açıq bildiyi şüşə qapıya çırpıb. Bu zaman onun baş nahiyəsi bərk şəkildə şüşə qapıya dəyib, nəticədə alnının sol tərəfi gözlə görünən şəkildə zədə alıb.
Tədbirdə iştirak edən musavat.com müxbiri deyib ki, professor M. Pənahov giriş nitqində və daha sonra müşavirəni apararkən nitqindəki qırıqlıq və buraxdığı səhvlərlə hər kəsi heyrətləndirib...İndi məlum olur ki, adətən səlis danışan, nitqində səhvlər buraxmayan MSK sədri müşavirədən cəmisi bir neçə dəqiqə əvvəl qəza ilə başını şüşə qapıya
çırpıbmış. Aldığı sarsıdıcı zərbəyə baxmayaraq, MSK sədri seminar-müşavirənin işində sona qədər iştirak edib.
Musavat.com xəbər verir ki, bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.