Donald Trampa qarşı sui-qəsd cəhdi: Məxfi xidmətin əməkdaşı silahlı şəxsi güllələyib VİDEO

16-09-2024, 08:02           
Donald Trampa qarşı sui-qəsd cəhdi: Məxfi xidmətin əməkdaşı silahlı şəxsi güllələyib VİDEO
ABŞ-nin xəxfi xidmətinin əməkdaşı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın yanında olan silahlı şəxsə atəş açıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, məxfi xidmətin əməkdaşı "Palm Beach" (Florida ştatı) qolf klubunda şübhəli kişini görüb və silaha bənzəyən əşyanı gördükdən sonra atəş açıb. Bundan sonra şübhəli şəxs yerli polis tərəfindən saxlanılıb.

ABŞ-nin sabiq prezidenti Donald Trampın olduğu Florida ştatında, qolf klubunun yanında atəş açan silahlı şəxs sabiq dövlət başçısına hücum etməyi planlaşdırıb. Bu barədə isə CNN mənbələrə istinadən bildirib.

"Rəsmilər silahlı şəxsin Trampa hücum etmək niyyətində olduğunu güman edirlər", - telekanal əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru