Parlament binasını yandırıb qaçdı - 300 nəfər...

18-09-2024, 07:14           
Parlament binasını yandırıb qaçdı - 300 nəfər...
Rumıniya parlamenti binasından 300-dən çox insan təxliyə olunub.

Modern.az xəbər verir ki, Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bir kişi binanın girişlərinin birində yanğın törədib.

Hadisə ziyarətçilər üçün nəzərdə tutulmuş sahədə - sərgi salonu və suvenir mağazalarının yerləşdiyi ərazidə baş verib.

“60-65 yaşlarında bir kişi yanar maye töküb və otaqda yanğın törədib, alov 30 kvadratmetr ərazini əhatə edib. Binadan 300-dən çox insan təxliyə edilib”, - deyə məlumatda deyilir.

Yanğınsöndürənlər dərhal hadisə yerinə gəlib, yanğını lokallaşdırıb və söndürüblər. Rumıniya mətbuatı cinayətkarın qaçmağı bacardığını bildirir.

Buxarestin mərkəzində yerləşən Rumıniya parlament binası “Çauşesku Sarayı” kimi də tanınır və dünyanın ən ağır binası sayılır, onun çəkisi 4 milyon tondan çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru