Polşada daşqınlar səbəbindən minlərlə insan təxliyə olunur

19-09-2024, 15:08           
Polşada daşqınlar səbəbindən minlərlə insan təxliyə olunur
Polşa hökuməti daşqından zərər çəkmiş ərazilərdə təbii fəlakət rejimi tətbiq edib.
Polşada güclü daşqınlar səbəbindən minlərlə insanın təxliyəsi başlayıb.
Bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial şəbəkədə yazıb.
Nazirin sözlərinə görə, artıq 4 min insan ordunun dəstəyi ilə təxliyə edilib. Hazırda daşqın bölgəsinə 14 min əsgər, o cümlədən qarətçilərə qarşı mübarizə üçün 500 hərbi jandarm göndərilib. Polşa ordusu, həmçinin su basmış binaları dezinfeksiya etmək üçün 300 mütəxəssisdən ibarət xüsusi bölmə formalaşdırır.
Anormal leysan yağışlar səbəbindən Polşanın cənubunda çaylar öz məcrasından çıxıb, bir sıra yaşayış məntəqələri su altında qalıb, ölənlər və xəsarət alanlar var. Polşa hökuməti daşqından zərər çəkmiş ərazilərdə təbii fəlakət rejimi tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru