“Putin Harrislə bağlı zarafat edib” - Lavrov

21-09-2024, 12:44           
“Putin Harrislə bağlı zarafat edib” - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin vitse-prezidenti Kamala Harrisi qarşıdan gələn prezident seçkilərində dəstəkləməsi ilə bağlı sözlərini zarafat adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.

“Rusiya Prezidenti Vladimir Putin zarafat edib. Onun yaxşı yumor hissi var”, - diplomat vurğulayıb.

Lavrov qeyd edib ki, Rusiya lideri ictimai çıxışlar zamanı dəfələrlə zarafatlara əl atır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru