ABŞ-da atışma: 4 nəfər ölüb, onlarla insan yaralanıb

Bu gün, 10:58           
ABŞ-da atışma: 4 nəfər ölüb, onlarla insan yaralanıb
“Polislərimiz və detektivlərimizlə danışdıqdan sonra ərazidə onlarla atışma qurbanı olduğunu öyrəndik”

Şənbə günü axşam saatlarında Birmingem şəhərində (ABŞ, Alabama ştatı) baş verən atışma nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb. AYNA xəbər verir ki, bu barədə AL portalı məlumat yayıb.

Birmingem polis zabiti Truman Fitzgerald, “polislərimiz və detektivlərimizlə danışdıqdan sonra ərazidə onlarla atışma qurbanı olduğunu öyrəndik", deyə bildirib.

Onun sözlərinə görə, iki kişi və bir qadın hadisə yerində ölüb. Daha bir nəfər xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşı qeyd edib ki, əməliyyatçılar atəşin yoldan keçən avtomobildən açıldığını və ya atəş açanların piyada olub-olmadığını müəyyənləşdirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.