Gəncədə mənzildə partlayış olub: Xəsarət alan var

23-09-2024, 15:44           
Gəncədə mənzildə partlayış olub: Xəsarət alan var
Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.

Hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Partlayış zamanı 1 nəfərin yüngül xəsarət aldığı bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış VAZ-2107 markalı avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru