Netanyahu Livan xalqına müraciət etdi

24-09-2024, 11:34           
Netanyahu Livan xalqına müraciət etdi
İsrailin Baş naziri Benyamin Netanyahu Livan sakinlərini Hizbullahın bazalarını tərk etməyə çağırıb.

Bu haqda İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Livan xalqına bir çağırışım var. İsrail sizinlə yox, Hizbullahla müharibə aparır. Çox uzun müddətdir ki, Hizbullah sizdən canlı qalxan kimi istifadə edir. O, sizin evinizə və qarajlarınıza raketlər qoydu. Bu raketlər və mərmilər birbaşa şəhərlərimizə və vətəndaşlarımıza yönəlib. Xalqımızı Hizbullah hücumlarından qorumaq üçün bu silahları aradan qaldırmalıyıq”, - Netanyahu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru