Moskvada məşhur bloqeri döyüb, motosikletini əlindən almaq istədilər

24-09-2024, 15:08           
Moskvada məşhur bloqeri döyüb, motosikletini əlindən almaq istədilər
Moskvada məşhur rusiyalı motobloqer Anna Makarenkovaya onun "Ducati Panigale" markalı motosikletini oğurlamaq cəhdi ilə hücum olub.

Oxu.Az-ın News.ru-ya istinadla məlumatına görə, bu barədə gənc qızın özü sosial şəbəkə hesabından xəbər verib.

Bloqer, həmçinin, hadisə anının və aldığı xəsarətlərin görüntüsünü paylaşıb.

Gənc qızın sözlərinə görə, hadisə evinin yaxınlığında baş verib: boz kostyumlu bir kişi yaxınlaşaraq onu itələyib və motosikleti qaçırmağa çalışıb. Lakin bloqer mübarizə aparıb.

Qarətçi qənimətin əlindən çıxdığını görərək, Annanın telefonunu əlindən alıb, onu bıçaqla hədələyib, bibər spreyi çıxarıb və gözlərinə sıxmağa çalışıb, lakin qız dərhal dəbilqəsinin sipərini bağlayaraq gözlərini xilas edib.

Nəticədə cinayətkar qaçmağa məcbur olub.

Anna aldığı xəsarətlərdən əlavə, motosikletin ən azı 500 min rubl (9,1 min manat) məbləğlik təmirə ehtiyacı olduğunu vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru