İçərisində 30 miqrantın meyitinin olduğu qayıq aşkarlanıb

25-09-2024, 00:04           
İçərisində 30 miqrantın meyitinin olduğu qayıq aşkarlanıb
Seneqalda içərisində 30 miqrantın meyitinin olduğu qayıq aşkarlanıb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Seneqo” informasiya portalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Qayığı Seneqal Hərbi Dəniz Qüvvələrinə məxsus patrul gəmisi Dakar sahillərindən 70 km aralıda aşkar edib.

Hökumət rəsmiləri həlak olanların şəxsiyyətini müəyyənləşdirir. Bundan əlavə, hüquq-mühafizə orqanları Atlantik okeanına çıxmazdan əvvəl gəminin haradan gəldiyini öyrənməli olacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru