Kiyevdən qaçan deputat Londonda saxlanılıb

25-09-2024, 12:08           
Kiyevdən qaçan deputat Londonda saxlanılıb
Ukrayna Ali Radasının “itkin” deputatı Londonda saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu haqda “Strana.ua” məlumat yayıb.

Bildirilib ki, ötən ay ölkədən qaçan deputat Artem Dmitruk sentyabrın 24-ü səhər saatlarında Londonda saxlanılıb: “Ekstradisiya ilə bağlı məhkəmə prosesi gedir”, – açıqlamada deyilir.

Keçən ayın 26-sı “yoxa çıxan” deputatla bağlı sentyabrın 9-da Ukrayna hökuməti bir sıra ölkələrə saxlanılma, həbs və daha sonra Kiyevə göndərilmə üçün sorğu göndərib.

Məlumat üçün deyək ki, parlamentarinin adı Ukraynada Pravoslav Kilsəsinin fəaliyyətinə faktiki qadağa qoyulması ilə bağlı qanunun əleyhinə çıxmasında hallanır.
Bundan əvvəl Dmitruk hüquq-mühafizə orqanının əməkdaşına və hərbçiyə hücum etməkdə ittiham olunurdu. O, özü isə bu ittihamları təkzib edib və deyilənlərdə müxalifətçilərin əli olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru