Cahangir Hacıyevin bacısı “bandotdel”i məhkəməyə verib
19-09-2016, 23:03
Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini (BMCMİ) məhkəməyə verib. Bu barədə“Azadlıq”a Əminə Hacıyevanın hüquqlarını müdafiə edən vəkil Aqil Layıcov məlumat verib.
Vəkil bildiribki, Əminə Hacıyeva “bandotdel”dən məhkəmə nəzarəti qaydasında şikayət verib.Şikayət BMCMİ-nin yerləşdiyi ərazi üzrə Nərimanov Rayon Məhkəməsinə təqdim olunub və yaxın günlərdə baxılacaq.
Əminə Hacıyevanın “bandotdel”I məhkəməyə verməsinin səbəblərinə gəlincə, vəkil deyirki, bu, onun ölkədən çıxışına qoyulmuş əsassız qadağa ilə əlaqədardır.
“Əminə Hacıyevanın ölkədən çıxışına qoyulan qadağanın səbəbi kimi onun şirkət təsisçisi olması göstərilib. SöhbətBeynəlxalq Bankdan kredit götürmüş şirkətdən gedir.Halbuki, o, heçbir şirkətin təsisçisi deyil.Əlimizdə bunu təsdiqləyən sübut da var”, – deyəAqil Layıcov bildirib.
Xatırladaqki, Cahangir Hacıyev ötən ilin dekabrında həbs olunub. O, hazırda daha 7 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onunla birlikdə məhkəmə qarşısına çıxarılanlar arasında keçmiş işçiləri, o cümlədən Beynəlxalq Bankın filiallarına rəhbərlik etmiş şəxslərdə var. Onlara qarşı CM-nin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərini aşma) və digər maddələr ilə ittihamlar irəli sürülüb.